Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan dəmir yolu nümayəndələri TransXəzər Nəqliyyat Marşrutunun inkişafına dair razılığa gəliblər. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bu gün Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan dəmir yolu nümayəndələrinin dördtərəfli görüşü zamanı anlaşma memorandumu imzalanıb.
“Tərəflər Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, bu marşrut ilə daşınan yüklərin həcminin artırılmasıvə tariflərin optimallaşdırılması məsələlərini müzakirə ediblər. Tədbirdə dəmir yolları müəssisələrin rəhbərləri Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutunun ölkələr üçün olduqca önəmli layihə olduğunu, bu marşruta yük axının cəlb edilməsi üçün bütün imkanları səfərbər etməyin vacib olduğunu bildiriblər”, - deyə məlumatda deyilir. **
N.Abbasova