2016-cı ilin yanvar-noyabr aylarında Heydər Əliyev Beynəlxalq Hava Limanı 3 mln.-a yaxın sərnişinə xidmət göstərib. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) məlumatında qeyd edilir.
“2016-cı ilin 11 ayı ərzində Beynəlxalq Hava Limanı 3 mln.-a yaxın sərnişinə xidmət göstərib. O cümlədən, 1,8 mln. sərnişin AZAL aviaşirkətinə üstünlük verib”, - deyə məlumatda deyilir.
Bu dövrdə 500 min nəfər AZAL-ın Naxçıvan və Gəncəyə daxili uçuşları ilə daşınıb. Bu,hava imanının ümumi sərnişin dövriyyəsinin 16%-ni və ya AZAL-ın sərnişin daşımalarının 27%-ni təşkil edir.
“Cari ilin noyabr ayında BeynəlxalqHava Limanı 231 mindən çox sərnişinə xidmət göstərib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur”, - deyə məlumatda vurğulanır.
Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. 2016-cı ilin 11 ayı ərzində bu istiqamətlər üzrə 1,38 mln. sərnişin daşınıb.
2016-cı ildə “Iraqi Airways”, “Fly Baghdad”, “ATA Airlines”, “Air Cairo”, “Mahan Air”, “Комавиатранс” aviaşirktləri, həmçinin Rusiyanın «Победа» loukosteri Azərbaycanda uçuşların həyata keçirilməsinə başlayıb. **
N.Abbasova