Azərbaycan və Macarıstanınxarici işlər nazirləriElmar Məmmədyarov və Peter Siyartoikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Nazirlərin görüşü E.MəmmədyarovunBrüsseldə NATO və Qətiyyətli Dəstək Missiyası üzrə əməliyyat tərəfdaşlarının xarici işlər nazirləri iclasında iştirakı çərçivəsində baş tutub.
«Görüşdə nazirlər iki ölkə arasında əlaqələrin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və Macarıstanın Bakıdakı səfirliyinin gələn ildən etibarən NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi kimi fəaliyyətinə dair fikir mübadiləsi aparıblar», - deyə məlumatda qeyd edilir.*
F.İsazadə