2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan $311 mln. 673,2 min dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 22,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
«İxrac olunan ASK məhsullarının əksər hissəsini meyvə və tərəvəz təşkil edir. Cari ilin 10 ayı ərzində $158 mln. 811,2 min (artım 12,1%) dəyərində 117,73 min ton meyvə (artım 25,7%) və $112 mln. 031,4 min (artım 38,9%) məbləğində 146,28 min ton tərəvəz (artım 33,4%) ixrac edilib”, - deyə məlumatda deyilir.
Hesabat dövrü ərzində $19 mln. 60,4 min məbləğində (artım 21,4%) 11,44 min ton pambiq (artım 6,4%) ixrac olunub.
Yanvar-oktyabr aylarında $12 mln. 248,9 min (artım 20,9%) dəyərində 11,19 min ton dəri xammalı (artım 58%), $6 mln. 437,9 min (dəyişməyib) dəyərində 1,67 min ton (azalma 0,3%) tütün məmulatı və $2 mln. 570,9 min (ötən il həyata keçirilməyib) məbləğində 16,57 min ton yulaf iixrac edilib. **
A.Axundov