Azərbaycan Asiyanın Ürəyi – İstanbul Prosesinin 2017-ci il üzrə həmsədrliyini öz üzərinə götürüb. Bu barədə Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov bəyan edib.
“Bir neçə gün öncə Azərbaycan Asiyanın Ürəyi – İstanbul Prosesinin 2017-ci il üzrə həmsədrliyini öz üzərinə götürmüşdür. Bu işdə biz bütün maraqlı tərəflər, xüsusən NATO ilə beynəlxalq ictimaiyyətin Əfqanıstana hərtərəfli və ardıcıl dəstəyinin asanlaşdırılması məqsədilə sıx koordinasiya və məsləhətləşmə şəraitində çalışacağıq", - deyə E.Məmmədyarov NATO Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin Xarici İşlər Nazirlərinin Belçika paytaxtı Brüsseldə keçiriləniclasında çıxışı zamanı bildirib.
E.Məmmədyarov bildirib ki, rəsmi Bakıregional və qlobal iqtisadiyyata inteqrasiya istiqamətində Əfqanıstanın islahatlar kursunu dəstəkləyir
"Yeni İpək Yolunun mühüm tərkib hissəsi olan Azərbaycan Əfqanıstanın davamlı gələcəyini dəstəkləmək məqsədilə bu ölkə və Avropanı birləşdirəcək”, - deyə nazir qeyd edib.
O vurğulayıb ki, rəsmi Bakı 20160-cı ildə Qətiyyətli Dəstək Missiyasına öz əhəmiyyətli töhfəsini verib.
“Azərbaycanbir neçə dəfə Əfqanıstan Milli Ordusunun (ƏMO) Etimad Fonduna əhəmiyyətli miqdarda ianə köçürüb: "Götürdüyümüz öhdəliklərə uyğun olaraq bu fonda maliyyə dəstəyini davam etdirəcəyik. Bundan əlavə, Qətiyyətli Dəstək Missiyası başa çatdıqdan sonra gücləndirilmiş Davamlı Tərəfdaşlıq vasitəsi ilə töhfə verməyi nəzərdə tuturuq", - deyə E.Məmmədyarov əlavə edib.
XİN başçısı vurğulayıb ki, Azərbaycan ikitərəfli əməkdaşlıq, habelə müvafiq çoxtərəfli və regional formatlar vasitəsilə Əfqanıstanla uzunmüddətli siyasi tərəfdaşlıq və praktik əməkdaşlığa sadiqdir. **
F.İsazadə