İqtisadiyyat naziri Şahin Mustafayev sahibkarları Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin(CIIC) imkanlarından yararlanmağa çağırıb.
“Şirkət sahibkarların yararlana biləcəyi kapitalını tam istifadə etməyib”, - deyə nazir bu gün Bakıda keçirilən Azərbaycan Beynəlxalq investisiya konfransında deyib.
Onun sözlərinə görə, hazırda 6 layihə həyata keçirilir.
Ş.Mustafayev qeyd edib ki, konfransda 200-ə yaxın sahibkar və 24 ölkədən 50-dən artıq investor iştirak edir.
2007-ci ilin noyab yında Azərbaycan İnvestisiya Şirkəti və "Özəl Sektorun İnkişafı üzrə İslam İnkişaf Korporasiyası" (İslam İnkişaf Bankının maliyyə qurumu) tərəfindən Xəzər Beynəlxalq İnvestisiya Şirkəti təsis edildi. Sonradan onun sıralarına Səudiyyə Ərəbistanın "Tanmiyat", Yəmənin "Al Ahmar" və Küveytin "Aref İnvestment" qrupları da qoşuldu. Şirkət fəaliyyətini şəriət prinsipləri əsasında həyata keçirir.
Konfrans ICD və AZPROMO tərəfindən təşkil olunub. **
A.Axundov