2016-cı ilin aprel ayından etibarən İqtisadiyyat Nazirliyi 1 mlrd. manat ümumi məbləğdə layihələrə investisiya təşviqi sənədi verib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib.
“Sahibkarların 79 layihəsi üzrə 1 mlrd. manat ümumi məbləğdə bu cür sənədlər verilib”, - deyə nazir bu gün Bakıda keçirilən Azərbaycan Beynəlxalq investisiya konfransında bildirib.
Onun sözlərinə görə, nazirlik bu alətə yüksək marağın olduğunu müşahidə edir.
“8 ay ərzində artıq 79 sahibkar bu cür sənəd əldə edib. Bu çox yaxşı göstəricidir. Biz yüksək marağın olduğunu müşahidə edirik. Buna görə, həmin aləti uğurlu hesab edirik”, - deyə Ş.Mustafayev vurğulayıb. **
A.Axundov