“Bakı Beynəlxalq dəniz ticarət limanı” QSC və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD, İslam İnkişaf Bankının maliyyə qurumu) arasında anlaşma memorandumu imzalanıb.
Sənəd bu gün Bakıda keçirilən Azərbaycanda İnvestisiyalara dair Beynəlxalq Konfrans çərçivəsində imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Memorandumu ICD-nin rəhbəri Xalid Məhəmməd əl-Abudi və dəniz limanının baş icraçı direktoru Taleh Ziyadov imzalayıblar.
Memorandumun məqsədi Ələt qəsəbəsində limanın və azad ticarət zonasının potensial imkanlarını, eləcə də özəl sektorun iştirakçılarının ticarət zonasının yaradılmasına cəlb edilməsinin imkanlarını öyrənməkdir. **
A.Axundov