Cari ilin aprel ayında Qarabağda münaqişənin gərginləşməsi ATƏT məkanında təhlükəsizliyin həssas olduğunu göstərdi. Bu barədə Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer bəyan edib.
"Bu ilin aprel ayında Dağlıq Qarabağda münaqişənin eskalasiyası ATƏT məkanında sülh arxitekturasının nədərəcədə həssas olduğunu göstərdi", - deyə F.Ştaynmayer HamburqdaATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasının açılışından öncə bildirib
O həmçinin münaqişələrin həlli mexanizmlərinin gücləndirilməsi vacibliyini vurğulayıb.
“İclasda bütün münaqişələri həll etmək mümkün olmasa da, ATƏT məkanında münaqişələrin həlli mexanizmlərinin gücləndirilməsi vacibdir”, - deyə F.Ştaynmayer qeyd edib.
O, ATƏT-in Ukraynanın şərqindəki böhran və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərdə əla iş apardığına əmindir.
"Bəzi hallarda ATƏT bu münaqişələrin açıq müharibəyə keçidinin qarşısını alıb", - deyə F.Ştaynmayer əlavə edib. **
F.İsazadə