Yaxın zamanda Azərbaycan Ümumdünyaantidopinqagentliyinin (WADA) məcəlləsinə uyğun olmayan ölkələr siyahısından çıxarılacaq. Gənclər və idman naziri Azad Rəhimov belə hesab edir.
“Düşünürəm ki, Milli Antidopinq Agentliyini qeydiyyata alandan sonra Ümumdünyaantidopinqagentliyinin yaxın zamanda keçiriləcək iclasında Azərbaycan WADA məcəlləsinə uyğun olmayan ölkələr siyahısından çıxarılacaq”, - deyə A.Rəhimov bu gün keçirilən mətbuat konfransında bəyan edib.
Nazir Azərbaycanla WADA arasında əlaqələri “müsbət” kimi xarakterizə edib.
“WADA-nın Azərbaycana münasibəti kifayət dərəcədə müsbətdir. Addımlarımızı daima WADA ilə tutuşdururuq. Bu da beynəlxalq təşkilat tərəfindən müsbət qarşılanır”, - deyə A.Rəhimov vurğulayıb.
O qeyd edib ki, Azərbaycan ilk 30 ölkə sırasında Beynəlxalq Antidopinq konvensiyasına qoşulub.
“Biz hər zaman bu problem barədə düşünürük. İstəyirik ki, idman dopinqdən tutmuş hər hansı qanunsuz əczaçılığa qədər, bu cür müdaxilədən azad olsun. Əfsuslar olsun ki, Azərbaycan parlamenti tərəfindən bu konvensiyanın ratifikasıyası üzrə qrafikdən bir qədər geri qaldıq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, noyabrın 29-da parlament “İdmanda dopinqvasitələrindən və üsullarından istifadəyə qarşımübarizə haqqında”qanunqəbul edib.
“Qısa zaman ərzində parlament ölkədə dopinqlə mübarizə ilə bağlı qanun qəbul etdi. Həmin qanun rəsmi olaraq WADA məcəlləsinə uyğun kimi tanınıb. Hazırda Milli Antidopinq Agentliyinin yaradılması üzrəində iş aparılır. Düşünürəm ki, bu ilin sonuna kimi Agentliyi qeydiyyata alacağıq və o öz fəaliyyətinə başlayacaq”, - deyə A.Rəhimov vurğulayıb. **
R.Babayev