Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının sponsorları qismində 8 iri şirkət çıxış edəcək. Bu barədə İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov bəyan edib.
“IV İslam Həmrəyliyi Oyunları çərçivəsində sponsor sazişlərinin imzalanması məsələsi ilə bağlı yerli və xarici şirkətlərlə iş aparırıq”, deyə A.Rəhimov bu gün mətbuat konfransında vurğulayıb.
Onun sözlərinə görə, Bakıda IV İslam Həmrəyliyi Oyunlarının əsas 8 sponsoru olacaq.
“Bir sıra iri şirkətlər, o cümlədən, SOCAR (ARDNŞ), BP, Coca-Cola, Macdonald`s ilə bu məsələyə dair danışıqlar aparırıq”, - deyə A.Rəhimov bildirib.
O qeyd edib ki, həmçinin müxtəlif şirkətlərlə əlavə sponsorluğa dair sazişlər imzalanıb. “Əlavə sponsorların sayı 8-dən artıq olacaq”, - deyə o əlavə edib.
A.Rəhimov vurğulayıb ki, mayın 12-22-də keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bütün təşkilati işləri qrafikə uyğun həyata keçirilir.
O, Azərbaycanda 50 İslam dövlətinin idman nüayəndə heyətinin başçılarının görüşünü vacib adlandırıb.
“Biz Bakida keçiriləcək İslam Həmrəyliyi Oyunlarında idmançıların iştirakdan razı qalmaları üçün əlimizdən gələni edirik”, - deyə nazir vurğulayıb. **
R.Babayev