Milli Məclisin bu gün keçirilən plenar iclasında 2017-ci il üçün büdcə zərfinin müzakirəsi başa çatıb.
«Büdcə zərfi üzrə səsvermə dekabrın 16-da parlamentin iclasında keçiriləcək» - deyə Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib.
Büdcə zərfinə 2017-ci ilin dövlət büdcəsinin layihəsi, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetalarının layihələri daxildir.*
A.Axundov