Azərbaycan prezidenti İlham Əliyev pakistanlı həmkarı Məmnun Hüseynə təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib.
“Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi”, - deyə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib. **
F.İsazadə