Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD, İslam İnkişaf Bankının maliyyə qurumu)Azərbaycan biznesi ilə müştərək müəssisənin yaradılmasını maliyyələşdirməyə hazırdır. Bu barədə ICD-nin rəhbəri Xalid Məhəmməd əl-Abudi bu gün Bakıda keçirilən Azərbaycanda İnvestisiyalara dair Beynəlxalq Konfransda bəyan edib.
“Biz yerli bizneslə İslam İnkişaf Bankının üzv-ölkələrindən sahibkarlar arasında müştərək müəssisələrin yaradılmasını dəstəkləməyə hazırıq. Məqsəd ondan ibarətdir ki, yerli biznesin dəstəklənməsində iştirakımız yalnız ICD-nin maliyyəlşməsi ilə məhdudlaşmasın”, - deyə X.əl-Abudi vurğulayıb.
Onun sözlərinə görə, korporasiya Azərbaycanda həyata keçirilən islahatları dəstəkləyir və logistika, tranzit, keyfiyyətin artırılması və yerli məhsulların ixracı sahələrinə sərmayə yatırmaqda iştirak edə bilər.
“Bizim həmçinin azad ticarət zonaların təşkili və investorların cəlb edilməsində təcrübəmiz var. Bu sahədə də əməkdaşlıq edə bilərik”, - deyə X.əl-Abudi bildirib.
O ümid edir ki, Azərbaycanda İnvestisiyalara dair Beynəlxalq Konfrans illik tədbirə çevriləcək və daha çox sayda sahibkarlar cəlb edəcək.
X.əl-Abudi həmçinin bəyan edib ki, Azərbaycanda 8 bank hesabına ICD 60-dan artıq şirkətə kreditlər təqdim edib. Onun sözlərinə görə, həmçinin ICD Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin (CIIC)və “Ansar Leasing” lizinq şirkətinin kapitalında iştirak payına malikdir.
İqtisadiyyat naziri Şahin Mustafayev öz növbəsində vurğulayıb ki, indiyədək AİB Azərbaycanda müxtəlif sahələrdə 18 layihəyə $1 mlrd.- a yaxın vəsait ayırıb. Həmin layihələrin 14-ü artıq başa çatıb, 4 layihənin reallaşması davam edir.
“O cümlədən, ICD 14 kiçik və orta biznes layihəsinə $130 mln. ayırıb”, - deyə Ş.Miustafayev bildirib. **
A.Axundov