2018-ci ildə Azərbaycanda dərman istehsalı üzrə 4 zavod fəaliyyətə başlayacaq. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib.
“Noyabr ayında Bakıda Pirallahı Sənaye Parkında Azərbaycan-Rusiya müştərək müəssisə tərəfindən ölkədə ilk əczaçılıq zavodunun təməli qoyuldu. İlin sonuna kimi İran tərəfindən daha bir zavodun təməli qoyulacaq”, - deyə Ş.Mustafayev bildirib.
Onun sözlərinə görə, hazırda bu sahədə daha iki layihəyə baxılır.
Ş.Mustafayev əlavə edib ki, Azərbaycan əczaçılıq sahəsinə sərmayələrin cəlb olunmasında maraqlıdır. **
A.Axundov