Azərbaycan prezidenti İlham Əliyev Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“2016-cı ilin dekabr ayında Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi tamam olur.Aqil Əliyev səmərəli elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycan iqtisadiyyatının və təhsilinin inkişafına layiqli töhfələr verib”, - deyə məlumatda deyilir.
İ.Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Aqil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlamağı tapşırıb. **
A.Axundov