SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi 2016-cı ilin yanvar-noyabr aylarında 195 yaşayış məntəqəsini qazlaşdırıb. Bu barədə SOCAR-dan məlumat verilib.
«Hesabat dövrü ərzində 7,776 min kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 246,5 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 195 yaşayış məntəqəsi qazlaşdırılıb”, - deyə məlumatda bildirilir.
Qazlaşdırma işləri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib.
“Azəriqaz” 2015-ci ildə 430 yaşayış məntəqəsini qazlaşdırıb.**
N.Abbasova