Azərbaycan və Qazaxıstanın xarici işlər nazirləriElmar Məmmədyarov və Yerlan İdrisov Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələləri müzakirə ediblər.
"Nazirlərin görüşü Almaniyanın Hamburq şəhərində keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində baş tutub. Tərəflər Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar”, - deyə Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumatda bildirilir.
XİN başçıları Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə ediblər.
“Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub”, - deyə məlumatda vurğulanır.*
F.İsazadə