Energetika naziri Natiq Əliyev Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və kartelə daxil olmayan ölkələrindekabrın 10-da keçiriləcək toplantısında iştirak etmək məqsədilə Vyanaya səfərə yola düşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Nazir OPEC və kartelə daxil olmayan ölkələrin görüşündə iştirak üçün Vyanaya səfərə yola düşüb”, - deyə məlumatda deyilir.
Öncə N.Əliyev bəyan edib ki, Azərbaycan neftin qiymətinin artımı və neft bazarında stabilləşməyə öz töhfəsini verməyə hazırdır. Bununla əlaqədar ölkə neftin hasilatı və ixracını artırmamağa hazırdır. **
N.Abbasova