Orxan Hüseynov “Azər-Türk Bank”ın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı təyin edilib. Bu barədə bankın məlumatında deyilir.
"“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının növbədənkənar iclasında bankın İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq Orxan Hüseynova həvalə edilib”, - deyə məlumatda qeyd olunur.
O, bu vəzifədədekabrın 8-də Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı təyin olunmuş Xalid Əhədovu əvəz edəcək.
O.Hüseynov 2007-ci ildən bank sahəsi üzrə fəaliyyət göstərir.
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (75%), Türkiyənin “Ziraat Bank”ı, “AzRe Təkrarsığorta” şirkəti və “Qala Həyat Sığorta” şirkətidir.*
A.Əzizov