Bakı və İrəvan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə dialoqu davam etdirməlidir. Bu barədə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bəyan edib.
“Biz ATƏT-in Minask qrupunun səylərini dəstəkəyirik və münaqişə tərəfləri arasında dialoqun aparılmasını vacib hesab edirik”, - deyə M.Mard “3+2” formatında ATƏT XİNŞ iclası çərçivəsində keçirilməyən görüşünü şərh edərkən jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yeni görüşlərin təşkili və Qarabağ münaqişəsi tərəfləri arasında əlaqələrin davam etdirilməsi sülhə nail olmaq nöqteyi-nəzərindən çox mühümdür. **
R.Babayev