“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakıdan Dubay istiqamətində olan uçuşlara yeni aksiya keçirir.
“Bakı-Dubay-Bakı istiqamətində axşam reyslərinə (J2 015/J2 016) dekabrın 15-nə kimi olan uçuşlara aviabilet alarkənqiyməti cəmi 149 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir. Eyni zamanda, aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və istiyeməklərin tam çeşidi daxildir”, - deyə QSC-nin məlumatında bildirilir.
AZAL-ın Bakıdan Dubaya uçuşları hər gün "Airbus A319" və "A320" laynerləri ilə həyata keçirilir.*
N.Abbasova