“Bank Silk Way” ticarət və xidmət müəssisələrində avtomatik valyutadəyişmə terminalları yerləşdirir. Bu barədə bankın məlumatında deyilir.
«Artıq 1-ci terminal bankın baş ofisində quraşdırılaraq istifadəyə verilib. Növbəti terminallar Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində, regionlarda yerləşən hava limanlarında, bankın bütün filiallarında və digər strateji nöqtələrdə yerləşdiriləcək», - deyə məlumatda qeyd edilir.
Bu terminal vasitəsilə müəssisənin müştəriləri və ziyarətçiləri Azərbaycan manatı, ABŞ dolları və avro üzrə valyutadəyişmə əməliyyatlarını rahat həyata keçirə bilərlər.
Avtomatik valyutadəyişmə terminalının üstünlükləri bunlardır: günün istənilən vaxtı (24/7 rejimində) və ya müəssisənin iş saatları ərzində terminal vasitəsilə avtomatik valyutadəyişmə imkanının təqdim edilməsi; vaxt qənaəti, müştəri məmnunluğu və satışların artması.
Terminal vasitəsilə valyuta dəyişməsi “Bank Silk Way”in gündəlik yenilənən valyuta məzənnələrinə əsasən həyata keçirilir və terminal vasitəsilə valyuta dəyişdirən müştəridən komissiya tutulmur.*
N.Abbasova