Son 18 ay ərzində Azərbaycanda nikaha daxil olmaq istəyənlər arasında 9892 nəfərdə talassemiya daşıyıcılığı aşkar olunub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“1 iyun 2015-ci il – 30 noyabr 2016-cı il tarixlərindən müayinələrdən keçmiş 9892 nəfərdə talassemiya daşıyıcılığı aşkar edilib”, - deyə məlumatda deyilir.
Ümumilikdə, ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunandan cari ilin noyabr ayının sonuna qədər 219256 nəfər müayinədən keçib.
“Həmçinin, müayinədən keçmiş 828 nəfərdə sifilis, 147 nəfərdə isə QİÇS aşkar olunub”, - deyə məlumatda qeyd olunur. **
R.Babayev