Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan və ATƏT-in Minsk qrupu həmsədrləri birgə işçi şam yeməyində iştirak ediblər. Bu barədə Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
“Dekabrın 8-də Hamburqda ATƏT-in Minsk qrupu həmsədrlərinin dəvəti əsasında həmsədr ölkələrin, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin birgə işçi şam yeməyi olub”, - deyə H.Hacıyevin bəyanatında deyilir.
“Əfuslar olsun ki, Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində xarici işlər nazirləri səviyyəsində “2+3” formatında görüş keçirilmədi”, - deyə XİN rəsmisi vurğulayıb.
Şam yeməyi əsnasında növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb. **
R.Babayev