Ermənistan Rusiya ilə birləşmiş qoşun qruplaşması yaratmaq qərarında müstəqildir. NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Uilyam Lahyu belə hesab edir.
“Ermənistan suveren ölkədir, qonşuları ilə necə münasibət qurmaq onun öz qərarıdır”, – deyə o, bu gün Bakıda Rusiya və Ermənistanın birləşmiş qoşun qruplaşması yaratması məsələsinə münasibət bildirərkən deyib.
Əlaqələndiricinin sözlərinə görə, NATO bütün ölkələrin suverenliyinə hörmətlə yanaşır. “Hər ölkənin öz təhlükəsizliyi və xarici əlaqələri ilə bağlı qərar vermək hüququ var”, - deyə o əlavə edib.*
F.İsazadə