NATO-nun Azərbaycandakı təmsilçisinin səlahiyyətləri 2017-ci ilin yanvar ayından Macarıstanın Bakıdakı səfirliyinə keçəcək Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Daha əvvəl bu funksiyaları Rumıniya səfirliyi icra edirdi.
Müdafiə naziri Zakir Həsənov Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski ilə görüşdə NATO-nun Azərbaycandakı təmsilçiliyinin Rumıniyanın Bakıdakı səfirliyindən Macarıstan səfirliyinə keçməsini müzakirə edib.
“Tərəflər 2017-ci ilin yanvar ayından etibarən NATO-nun Azərbaycandakı təmsilçiliyinin Rumıniyanın Bakıdakı səfirliyindən Macarıstan səfirliyinə keçməsini və gələcək fəaliyyət imkanlarını ətraflı müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf dinamikası, hərbi əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb.*
R.Babayev