2017-ci ildə Azərbaycan prezidenti İlham Əliyev Macarıstana səfər edə bilər. Bu barədə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski bəyan edib.
“Gələn il prezident İlham Əliyevin Macarıstana səfər edəcəyini gözləyirik”, - deyə İ.Laslotski jurnalistlərə bildirib.
Onun sözlərinə görə, iki ölkə rəhbərliyi arasında yüksək səviyyədə illik qarşılıqlı səfərlərə dair razılaşma əldə olunub.
“İndiyədək bu cür səfərlər hər iki ildən bir həyata keçirilib”, - deyə səfir əlavə edib. **
F.İsazadə