Rəqəmli qəbuledici (çevirici) qurğuların Azərbaycana idxalı bir il müddətinə gömrük rüsumlarından azad edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
“Nazirlər Kabionetin qərarına əsasən, 7 dekabr 2016-cı il tarixindən etibarən rəqəmli qəbuledici (çevirici) qurğuların Azərbaycana idxalı bir il müddətinə gömrük rüsumlarından azad edilir”, - deyə məlumatda deyilir.
Bu qərar rəqəmsal televiziyanın inkişafına yönəlib.
Bu güzəştlərin tətbiqinin təşəbbüskarı Rabitə və Yüksək Texnologiyalar, İqtisadiyyat, Maliyyə nazirlikləri və Dövlət Gömrük Komitəsidir.
Xəbər verildiyi kimi, noyabrın 1-dən Bakı və Abşeron ərazisində analoq TV yayımı dayandırılıb. 1 dekabr 2016-cı il tarixindən bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək. **
A.Əzizov