Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 12-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,743 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Dekabrın 12-nə manatın avroya nisbətən rəsmi məzənnəsi dekabrın 9-da qeydə alınmış 1,8487 manat/1EUR səviyyəsinə qarşı 1,8396 manat/1EUR səviyyəsində müəyyənləşdirilib. Bununla da manat avroya nisbətən 0,4922% bahalaşıb.
AMB dekabrın 12-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini dekabrın 9-na olan 0,0275 manat/1RUR səviyyəsinə qarşı 0,028 manat/1RUR səviyyəsində müəyyən edib. Beləliklə, manat rubla qarşı 1,8181% ucuzlaşıb.*
N.Abbasova