Azərbaycanın İT şirkəti “Cybernet” Dünya Bankının dəstəyi ilə Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin elan etdiyi “Qazaxıstanın səhiyyə sahəsində texnologiyaların transferi və institusional islahat” layihəsi çərçivəsində tenderinin qalibi olub. Bu barədə şirkətdən məlumat verilib.
“Dekabrın 6-da Qazaxıstanın Astana şəhərində müqavilə imzalanıb”, - deyə məlumatda deyilir.
Tenderdə Rusiyanın “BARS Group” şirkətinin də iştirak etdiyi konsorsiumun rəhbəri “Cybernet” şirkəti ilə yanaşı Portuqaliya, Slovakiya, Ukrayna, Qazaxıstan, Rusiya və digər ölkələrdən 10 şirkət iştirak edib.
Sistem tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanacaq və bir Azərbaycan məhsulu olacaq.
“Layihə çərçivəsində hazırlanacaq vahid avtomatlaşdırılmış sistem Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin işinin səmərəliliyinin artırılmasına, beynəlxalq standartların tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsinə imkan verəcək”, - deyə məlumatda qeyd olunur.
Bu sistem azərbaycanlı müətəxəssislər tərəfindən hazırlanacaq və Azərbaycanın əsas məhsuluna çevriləcək.
“Nailiyyətimiz Azərbaycanın beynəlxalq aləmdə intelektual məhsullar istehsalçısı kimi tanınmasında önəmli rol oynayacaq”, - deyə məlumatda şirkətin rəhbəri İlham Namazovun söləzirnə istinadən vurğulanır.
2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən “Synergy Group”un İT sektoruna daxil olan “Cybernet” şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmətləri və həlləri təklif etməkdədir. Şirkət müasir informasiya sistemlərinin işlənib hazırlnamasında, o cümlədən Azərbaycanda Elektron hökumətin qurulmasında böyük təcrübəyə malikdir. **
N.Abbasova