Hazırda Azərbaycanda 6 penitensiar müəssisə tikilir. Bu barədə bu gün jurnalistlərə açıqlamasında Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov məlumat verib.
"Ölkənin müxtəlif bölgələrində 6 penitensiar müəssisə tikilir. Həm istintaq təcridxanaları, həm də koloniyala olan bu müəssisələr Bakıda, Gəncədə və Lənkəranda tikilir", - deyə o bildirib.
H.Əlixanovun sözlərinə görə, həbsxanalardakı şərait hökumət tərəfindən ilbəil yaxşılaşdırılır.
Rəis müavini əlavə edib ki, məhbusların üçdə bir hissəsi işlə təmin olunub. "İşlə təmin olunan məhbusların sayı 5 min nəfərə çatır", - deyə o əlavə edib.*
R.Babayev