“Azərişıq” ASC 262,1 mln. manatlıq səhmin əlavə emissiyası hesabına nizamnamə kapitalının 42% - 885 mln. 633,532 min manatadək artırılması prosesinə başlayır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) saytında məlumat verilir.
MBNP ASC-nin hər biri 2 manat olan 131,05 mln. ədəd səhminin əlavə emissiya prospektini qeydiyyata alıb. Səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.
Xəbər verildiyi kimi, Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyasına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
A.Axundov