Azərbaycan Silahlı Qüvvələri Ermənistana məxsus pilotsuz uçuş aparatını məhv edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Dekabrın 12-si cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib”, - deyə məlumatda deyilir. **
R.Babayev