Azərbaycan prezidenti İlham Əliyev “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunundadəyişiklik edilməsi barədə” və “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunundadəyişikliklər edilməsi barədə” qanunların tətbiqi haqqında sərəncamlar imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Qəbul edilən düzəlişlərə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir. O cümlədən, dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir. **
R.Babayev