Prezident İlham Əliyev “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyətinin qadağan edilməsini nəzərdə tutan dəyişiklikləri təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezidentin fərmanına uyğun olaraq “Dini etiqad azadlığı haqqında” Qanuna dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyətinin qadağan edilməsini nəzərdə tutan bənd əlavə edilir.*
R.Babayev