Xarici işlər naziri Elmar Məmmədyarov və Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədri Stefan Viskonti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıların intensivləşdirilməsi məsələlərini müzakirə ediblər.
“Tərəflər bu gün keçirilən görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin intensivləşdirilməsi və mövcud vəziyyətin dəyişdirilməsi barədə fikir mübadiləsi aparıblar”, - deyə XİN-in məlumatında deyilir.
E.Məmmədyarov Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcəyini bildirdi. **
F.İsazadə