Pirquludan 13 kilometr şimal-qərbdə, İsmayıllı rayonu ərazisində 4,5 bal gücündə zəlzələ baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
“Yeraltı təkanlar yerli vaxtla saat 04:33-də qeydə alınıb. Ocağı 9 kilometr dərinlikdə yerləşir”, - deyə məlumatda deyilir.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.
Dağıntılar qeydə alınmayıb. **
R.Babayev