2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 26,3 mlrd. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 13,1 mlrd. manat və ya istehlak mallarının alınmasına sərf olunan vəsaitin ümumi həcminin 49,7%-ni (2015-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə artım 2,6%), qeyri-ərzaq mallarının alınmasına isə 13,2 mlrd. manat və ya 50,3% (artım 0,7%) yönəldib.*
N.Abbasova