“PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində fiziki şəxslərin peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta çərçivəsində iki sığorta hadisəsi üzrə 65,638 min manat məbləğində ödəniş həyata keçirəcək. Bu barədə şirkətin məlumatında deyilir.
“İstehsalatla məşğul olan iki müəssisədə bədbəxt hadisələr baş verib. Nəticədə, hər iki zərəçəkən şəxs əmək qabiliyyətlərinin 80%ni itirib”, - deyə məlumatda bildirilir.
Birdəfəlik sığorta ödənişlərinin həcmi 42,63 min manat və 23,088 min manat təşkil edib.
Məlumatda vurğulanır ki, ilin əvvəlindən bu sığorta növü çərçivəsində şirkət 451 min manatdan artıq məbləğdə ödəniş həyata keçirib. **
A.Axundov