İraqın biznes dairələri Azərbaycana sərmayə yatırmaqda maraqlıdır. Bu barədə İraqın Azərbaycandakı müvəqqətiişlər vəkili Fadil Əl-Şuveylibəyan edib.
“İraq və Azərbaycan iqtisadiyyat sahəsində möhkəm əlaqələrə malikdir. Ölkələrimiz arasında turizm sahəsində böyük potensial mövcuddur. İraq iş adamları Azərbaycana sərmayə yatırmaq istəyirlər”, - deyə F.Əl-Şuveyli“İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, rəsmi Bağdad əməkdaşlığın bütün istiqamətləri üzrə Bakı ilə münasibətlərin inkişafında maraqlıdır.
F.Əl-Şuveyli həmçinin qeyd edib ki, Azərbaycanla İraq arasında təhsil sahəsində əlaqələr inkişaf edir.
“Hazırda 500-ə yaxın iraqlı tələbə Azərbaycanın ali məktəblərində təhsil alır. Azərbaycan diplomlarının İraqda tanınması üçün böyük səy göstərmişik. O cümlədən, Azərbaycan tərəfinin bu istiqamətdə addımlar atmasını, iraqlı tələbələrə zəruri köməyin göstərilməsini istərdik”, - deyə diplomat vurğulayıb.
O həmçinin qeyd edib ki, iraqlı tələbələr Azərbaycanda öz hesablarına təhsil alırlar. O bildirib ki, “təhsil haqqının ödənişinin hissələrlə həyata keçirilməsini çalışacaqlar”. **
F.İsazadə