Dekabrın 20-də Varşavada Azərbaycan-Polşa biznes forumu keçiriləcək. Bu barədə Sahibkarlar(İşəgötürənlər) TəşkilatlarıMilli Konfederasiyasından (ASK) məlumat verilib.
“20 dekabr tarixindəAzərbaycan və Polşa respublikaları arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti 7-ci iclası çərçivəsində Varşavada Azərbaycan-Polşa biznes forumu keçiriləcək”, - deyə məlumatda deyilir.
Öncə Polşanın inkişaf nazirinin birinci müavini Radoslav Domaqalski-Labentski qeyd edib ki, Polşa şirkətlər və hökumətlər səviyyəsində Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır. Onun sözlərinə görə, Polşa şirkətıərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanlar mövcuddur. Lakin əməkdaşlığa dair daxil olan təklifləri dəyərləndirmək lazımdır. **
N.Abbasova