İsrail informasiya-kommunikasiya texnologiyaları və ticarət sahələrində Azərbaycanla əməkdaşlığın genişlənməsində maraqlıdır. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.
“İnformasiya texnologiyaları və ticarət sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsini səbirsizliklə gözləyirəm”, - deyə B.Netanyahu bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib.
Baş nazir qeyd edib ki, İsraillə Azərbaycan arasında sıx münasibətlər və dostluq əlaqələri mövcuddur. “Sizin qoruduğunuz inklüzivlik və tolerantlıq ənənəsi sayəsində yəhudi milləti burada özünün çox rahat hiss edir. Bizi ümumi dəyərlər birləşdirir. Azərbaycanda yaşayan minlərlə yəhudi iki dövlət arasında körpü rolunu oynayır. Bu səbəbdən bizim müzakirə mövzularımız var”, - deyə B.Netanyahu vurğulayıb.
“Yəhudi icması dövlətimizin fəal hissəsidir və Azərbaycanın inkişafında böyük təhfə verir”, - deyə İ.Əliyev qeyd edib. **
R.Babayev