Bakı və Paris qarşılıqlı ticarət dövriyyəsini və sərmayə qoyuluşlarını artırmaq niyyətindədir. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
«Dekabrın 13-də Parisdə keçirilən Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının 8-ci iclasının gündəliyinə iki ölkə arasında iqtisadiyyat, maliyyə əməkdaşlığı, yanacaq-energetika, nəqliyyat, kosmik və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, eləcə də ətraf mühitin mühafizəsi, mədəniyyət, təhsil, gənclər və idman sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib», - deyə məlumatda bildirilir.
Komissiyanın həmsədrləri Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın xarici ticarət, turizmin təşviqi və xaricdə yaşayan fransızlar üzrə dövlət katibi Matias Fekldir.
Fransaya səfəri çərçivəsində S.Şərifovun bir sıra ikitərəfli görüşləri, o cümlədən Fransanın maliyyə naziri Mişel Sapen ilə görüşü nəzərdə tutulub.*
A.Axundov