Azərbaycanla İsrail arasında müdafiə sahəsində imzalanmış müqavilələrin ümumi dəyəri təxminən $5 mlrd. təşkil edir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır”, - deyə İ.Əliyev İsrailin baş naziri Benyamin Netanyahu ilə mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib. Prezident İsraillə bu əməkdaşlığın səviyyəsindən razılıq ifadə edib. **
F.İsazadə