Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv prosesində olan "Zaminbank" ASC və “Bank Standard” ASC-nin kreditorlarının tələblərinin qeydə alınması prosesini başa çatdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hər iki bankın ləğvedicisi olan fonddan məlumat verilib.
““Zaminbank”ın kreditorlarının tələblərinin qeydə alınması prosesi dekabrın 5-də, “Bank Standard”ın kreditorlarının tələblərinin qeydə alınması prosesi isə dekabrın 12-də başa çatıb. Bu tarixlərdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaq", - deyə məlumatda bildirilir.*
A.Əzizov