Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 14-nə manatın dollara qarşı rəsmi məzənnəsini dekabrın 13-də qeydə alınmış 1,743 manat/$1 səviyyəsinə qarşı 1,7475 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,2582% ucuzlaşıb.
Dekabrın 14-nə manatın avroya nisbətən rəsmi məzənnəsi dekabrın 13-də qeydə alınmış 1,8535 manat/1EUR səviyyəsinə qarşı 1,859 manat/1EUR səviyyəsində müəyyənləşdirilib. Bununla da manat avroya nisbətən 0,2967% ucuzlaşıb.
AMB dekabrın 14-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini dekabrın 13-nə olan 0,0286 manat/1RUR səviyyəsinə qarşı 0,0287 manat/1RUR səviyyəsində müəyyən edib. Beləliklə, manat rubla qarşı 0,3496% ucuzlaşıb.*
N.Abbasova