2016-cı ilin yanvar-sentyabr aylarında rusiyalı turstlər tərəfindən Azərbaycana səfərlərin sayı təxminən 500 min olub. Bu barədə Rusiyanın “TurStat” agentliyi xəbər verir.
«Bu ilin ilk 9 ayı ərzində Rusiyadan Azərbaycana səyyar turist səfərlərinin sayı 6% - 488 minədək artıb», - deyə agentliyin yanvar-sentyabr aylarında səyyar turizmlə bağlı təhlilində qeyd edilir.
Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, 9 ay ərzində Rusiyadan səyyar turist səfərlərinin sayı 6,1% azalaraq 25 mln. 780 min təşkil edib (2015-ci ilin hesabat dövründə bu göstərici 27 mln. 459 minə bərabər olub).
«Rusiyalı turistlərin xaricə səfərlərinin sayına görə Azərbaycan reytinqdə Rusiya və Türkiyə arasında 18-ci yerdə qərarlaşıb», - deyə “TurStat” bildirir.*
R.Babayev