Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasının birinci yolu dekabrın 15-də açılacaq. Bu barədə "Bakı Metropoliteni" QSC-nin məlumatında deyilir.
“Dekabrın 7-dən metronun "Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bağlanmışdı. Stansiyada iki həftəlik təmir işləri nəzərdə tutulsa da, təmir qısa müddətdə başa çatıb. Dekabrın 15-də bu yol yenidən istifadəyə veriləcək”, - deyə məlumatda bildirilir.*
N.Abbasova