Azərbaycan höküməti problemli aktivlərin təqdim edilməsi (satışı) zamanı bankları 3 il müddətinə ƏDV-dən azad edilə bilər. Bu barədə vergilər naziriFazil Məmmədov bəyan edib.
“2017-ci ilin yanvar ayının 1-dən ödəmə qabiliyyətini itirmiş bankların, restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək, toksik aktivlərin təqdim edilməsinin 3 il müddətinə ƏDV-dən azad etməyi təklif edirik”, - deyə F.Məmmədov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında bildirib.
Bundan başqa, onun sözlərinə görə, icbari tibbi sığorta və tibbi xidmətlər təqdim edən strukturları müddətsiz müddətə mənfəət vergisindən azad etmək təklif olunur.
Nazir vurğulayıb ki, bütövlükdə, hökumət tərəfindən Vergi Məcəlləsinə, o cümlədən, bir sıra digər məcəllə və qanunlara 201 dəyişikliyin daxil edilməsi təklif edilir. **
A.Axundov